Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

DYP-dən piyadalara XƏBƏRDARLIQ - FOTO

Baxılıb: 791     Tarix: 04-03-2024 11:41   

Ötən həftə Bakıda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 163 nömrəli marşrut xətti üzrə hərəkət edən "BMC" markalı sərnişin avtobusu piyadanı vurub.
BAKU.WS xəbər verir ki, nəticədə piyada həyatını itirib.
Bu kimi hallarla paytaxt ərazisində tez-tez rastlaşırıq. Bədbəxt hadisələrin qarşısını almaq üçün piyadalar olduqca diqqətli olmalıdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli də BAKU.WS-ə bildirdi ki, piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyada keçidlərinin düz yaxınlığında baş verir:
"Təəssüflə qeyd etməliyəm ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bəzi piyadalar yolu onların hərəkəti üçün nəzərdə tutulmayan yerlərdən keçirir. Bunun nəticəsində xoşagəlməz hadisələr qeydə alınır.
Apardığımız müşahidələr göstərir ki, piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti piyada keçidlərinin düz yaxınlığında baş verir. Piyadalardan xahiş edirik ki, yolu onların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş yeraltı və yerüstü keçidlər, eləcə də piyada zolaqlarından istifadə edərək keçsinlər".



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar