Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edildi

Baxılıb: 843     Tarix: 08-04-2024 13:22   

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ramin Ələmşah oğlu Məmmədov Dövlət Komitəsinin sədri təyin edilib.
Qeyd edək ki, R.Məmmədov indiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatı seçilib. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.
Bu illər ərzində “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir.
O həm də, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.
Xatırladaq ki, növbədənkənar prezident seçkilərindən sonra Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yeni hökumətdə yer almayıb. Komitənin sədri vəzifəsini müvəqqəti olaraq Səyyad Salahlı icra edirdi.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking