Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Baxılıb: 822 Tarix: 16-04-2024 12:58
Qəzaların sayı 22 faiz azalıb.
Ramazan bayramı ilə əlaqədar qeyri-iş günlərində respublika yollarında ötən illərlə müqayisədə ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Məlumatda deyilir ki, aprel ayının 10-dan 15-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 32 yol nəqliyyat hadisəsi qeydə alınıb, 9 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 22 faiz, ölüm faktı 35 faiz, xəsarətlərin sayı isə 40 faiz azalıb.
Qeyd edilib ki, qeyri-iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və yollarda gündəlik nəzarət tədbirləri həyata keçirilib. Respublika yollarında baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınmasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da fasiləsiz olaraq davam etdiriləcəkdir.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər