Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əfv sərəncamı nə vaxt veriləcək, kimlərə şamil ediləcək? - Komissiya üzvü

Baxılıb: 768     Tarix: 02-05-2024 12:25   

"Bu günə kimi Əfv Komissiyasında 400-ə yaxın müraciətə baxılıb".
Bunu Qaynarinfo-ya açıqlamasında Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, bu dəfə əfv sərəncamı may ayının sonlarına yaxın imzalana bilər:
"Çünkü iclaslarımız hələ davam edir. Mayın 9-na kimi iclasların yekunlaşacağına inanmıram. Sərəncamın nə vaxt verilməsini dəqiq söyləmək mümkün deyil. Çünki əfv hüququ Prezidentin səlahiyyətinə aid olan məsələdir. Bu məsələni Prezident həll edir".
Əliməmməd Nuriyevin sözlərinə görə, müaciətlərə baxılması prosesi davam edir:
"Hələ baxılmamış müraciətlər var. Onların hər birinə baxılacaq. Bu gün də iclasımız var, müəyyən qədər müraciətlərə baxılacaq".
Əlməmməd Nuriyev əlavə edib ki, əfv sərəncamının kimlərə şamil edilməsi məsələsi Prezidentin səlahiyyətləri çərçivəsindədir.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar