Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ

Baxılıb: 732     Tarix: 20-05-2024 12:07   

İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisi və helikopterdə onunla olan nümayəndə heyətinin helikopter qəzasında həlak olması xəbərini artıq təsdiqləyib.
Son məlumata əsasən, İran prezidentinin helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların cəsədləri Təbrizə göndərilib.
Məlumat üçün bildirək ki, qəza zamanı helikopterdə İranın dörd yüksəkrütbəli dövlət rəsmisi olub.
Bunlar İranın Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rəhməti və Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşimdir.
Helikopterdə həlak olan rəsmilər İran siyasətində təcrübəli dövlət xadimləri kimi tanınırlar.
İbrahim Rəisi
Seyid İbrahim Rəisi 1960-cı ildə İranın Məşhəd şəhərində doğulub. Hüquq təhsili olan Rəisi bir müddət Tehranın baş prokuroru olaraq çalışıb. 2014-15-ci illərdə isə ölkənin baş prokuroru postunu tutub. 18 iyun 2021-ci ildə keçirilən 13-cü prezident seçkisinin rəsmi nəticələrinə görə, mühafizəkar namizəd Rəisi 17 milyon 900 min səs qazanaraq seçkidə qələbə qazanıb və İran İslam Respublikasının 8-ci prezidenti seçilib.
Hüseyn Əmir-Abdullahian
İranın xarici işlər naziri olmuş Hüseyn Əmir-Abdullahian 1964-cü ildə İranın Damğan şəhərində anadan olub. O, Tehran Universitetində Beynəlxalq Münasibətlər üzrə fəlsəfə doktoru dərəcəsini yiyələnib. Ərəb və ingilis dilində sərbəst danışıb. H.Əmir-Abdullahianın 20 ilə yaxın diplomatik təcrübəsi olub. O, əsasən, İranın Körfəz ölkələrində yerləşən səfirliklərində çalışıb. İrandakı mühafizəkar qanadı təmsil edən Abdullahian 2020-ci ildə Bağdadda öldürülən İslam İnqilabı Keşikçiləri Korpusunun "Qüds" xüsusi təyinatlı qüvvələrinin rəhbəri general Qasım Süleymaniyə ən yaxın şəxslərdən biri olub. Hüseyn Əmir-Abdullahian 2021-ci ildə İranın xarici işlər naziri təyin edilmişdi.
Malik Rəhməti
Şərqi Azərbaycan əyalətinin qubernatoru vəzifəsində çalışmış Malik Rəhməti 1982-ci ildə doğulub. M.Rəhməti Tehran Xarəzmi Universitetində hüquq üzrə doktorluq dərəcəsini alıb. Bir müddət özəl hüquq fəaliyyəti ilə məşğul olub. Daha sonra İranın iqtisadi işlər və maliyyə nazirliklərində müxtəlif postlarda çalışıb. İbrahim Rəisinin prezident seçilməsindən sonra isə 13-cü hökumətdə Şərqi Azərbaycanın qubernatoru vəzifəsinə təyin edilib.
Məhəmmədəli Al-Haşim
Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşim 1962-ci ildə Təbriz şəhərində ruhani ailəsində doğulub. İlkin dini biliklərə Təbrizdə yiyələnən Məhəmmədəli Al-Haşim alimlik dərəcəsini İranın Qum şəhərində alıb. Məhəmmədəli Al-Haşim İranın ali dini rəhbəri ayətulla Seyid Əli Xameneiyə yaxınlığı ilə seçilib. O, Təbrizin imam cüməsi olmamışdan əvvəl 2008-16-cı illərdə İranda "Ordunun Siyasi İdeoloji Təşkilatı"nın rəhbəri vəzifəsində çalışıb./Oxu.az

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar