Xəzər rayonunda “Müstəqillik Günü” ilə əlaqədar sərgi təşkil olunub
Baxılıb: 1 291 Tarix: 26-05-2024 10:44
Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "28 may - Müstəqillik Günü" münasibəti ilə sərgi təşkil olunub.
Sərgidə Xəzər Gənclər evinin, Mərdəkan, Şüvəlan və Zirə Mədəniyyət Mərkəzlərinin, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Mərkəzinin tələbələrinin, həmçinin rayonun orta, internat məktəblərin və gimnaziya şagirdlərinin rəsm və əl işləri nümayiş olunub.
Tədbirdə Xəzər RİH başçısı Elşən Salahov, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, RİH başçısı Aparatının əməkdaşları, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, sərgilənən əsərlərin müəllifləri, müəllim və şagird kollektivi iştirak edib.
Tədbirdə çıxış edən RİH başçısı Elşən Salahov iştirakçıları salamlayaraq “28 may - Müstəqillik Günü” münasibətilə təbrik edib. Bu günün tarixi əhəmiyyətindən danışan E.Salahov XX əsrin sonlarında xalqımızın yenidən azadlığa qovuşmasını, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan Respublikasının müstəqilliyinin əbədi xarakter aldığını vurğulayaraq, Ulu Öndərin siyasi varisi Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi sayəsində hazırda ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edildiyini, eyni zamanda Azərbaycanın beynəlxalq nüfuzunun davamlı güclənməkdə olan qüdrətli dövlətə çevrildiyini qeyd edib.
Çıxış edən YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixinə nəzər salaraq, istiqlal ideyası yenilməyən Azərbaycan xalqının 1991-ci ildə yenidən öz müstəqilliyini bərpa etməsini, həmçinin müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.
Daha sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı və qonaqlar sərgiyə baxış keçirərək, sərgilənən əsərlərlə tanış olublar.
Sonda xatirə şəkli çəkilib.
Əbdülqəni Hüseynov
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər