Zəngəzur dəhlizi üçün yeni model: Azərbaycanlılar belə keçəcək
Baxılıb: 519 Tarix: 07-06-2024 11:03
Erməni şərhçi Hayk Martirosyan deyib ki, bir neçə həftədən sonra Ermənistanda qida qıtlığı yaranacaq, ardınca Zəngəzur dəhlizinin açılması zərurəti ortaya çıxacaq.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Ermənistan üçün Zəngəzur dəhlizinin açılması önəmlidir:
"Bu, rəsmi İrəvanın iqtisadi, sosial maraqlarına cavab verir. Ermənistan dəhlizin açılması üçün Azərbaycandan müəyyən güzəştlər qoparmaq istəyir. Ancaq rəsmi Bakı qəti şəkildə buna getməz. Fikrimcə, əvvəl-axır Zəngəzur dəhlizi açılacaq.
Çərçivə sazişi imzalanarsa, yaxın perspektivdə sözügedən dəhliz açıla bilər. Onu da qeyd edim ki, Azərbaycan və Ermənistan arasında oktyabr ayında çərçivə sazişinin imzalanması mümkündür. Hər iki tərəf danışıqlarda mühüm irəliləyişlər əldə edib. Bu sazişin Qazaxıstanda imzalanması gözləniləndir. Sazişə əsasən Zəngəzur dəhlizi Ermənistanın nəzarətində olur, lakin Azərbaycan vətəndaşlarının keçidinə xüsusi imtiyazlar tanınır".
Politoloqun fikrincə, Ermənistan əsasən "dəhliz" sözündən qorxur:
"Azərbaycan bu ərazilərin Ermənistanın yurisdiksiyasında olmasını qəbul edir, ərazi bütövlüyünü tanıyır. Düşünürəm ki, Zəngəzur dəhlizinin açılması region ölkələri üçün müsbət qərar olacaq".
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər