Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Şəhid Quluzadə Qurbanəli Elşad oğlunun məzarı önündə doğum günü qeyd edilmişdir.

Baxılıb: 1 536     Tarix: 26-06-2024 10:37   

25 iyun 2024-cü il tarixində Binə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Şəhid Quluzadə Qurbanəli Elşad oğlunun məzarı önündə doğum günü qeyd edilmişdir. Şəhidin qəbrüstü abidəsinin ziyarətində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etmişdir.Şəhidin qəbrüstü abidəsinin önündə çıxış edən Xəzər RİH başçısı Elşən Salahov şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verərək, səbr diləmiş, eləcə də Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaətdən və vətənpərvərliklərindən söz açmışdır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman oğullarımızın həyatları bahasına azad olunmuş torpaqlarımızda bu gün müqəddəs bayrağımızın dalğalanmasının hər birimiz üçün qürurverici olduğunu bildirmişdir. Həmçinin RİH başçısı qeyd etmişdir ki, bu gün rayonumuzda yaşayan şəhid ailələrinin, qazilərimizin, eləcə də müharibə iştirakçılarının hər birinin qayğıları bizim qayğılarımızdır. Dövlət başçımız cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı sayəsində dövlətimiz tərəfindən hər bir şəhidin Vətən naminə xidmətləri yüksək qiymətləndirilir, xatirələri əbədiləşdirilir.
Sonda Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirmişdilər.

Əbdülqəni Hüseynov






Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar