Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəzər rayonda qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə reydlər keçirilib

Baxılıb: 1 630     Tarix: 10-07-2024 12:10   

Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Polis İdarəsinin, Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, Binə bələdiyyəsinin və Xəzər rayon Gigiyena və Epidemiologiya mərkəzinin əməkdaşlarının iştirakı ilə rayonun Binə qəsəbəsi, Əli İsazadə küçəsində qanunsuz küçə ticarəti hallarına qarşı mübarizə tədbirləri çərçivəsində birgə profilaktik tədbirlər keçirilib.
  Keçirilən reydlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət halları aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
   Bundan əlavə, piyadaların və nəqliyyatın hərəkətinə mane olan və ümumi görünüşə xələl gətirən standartdankənar reklam lövhələri səkilərdən, yol kənarlarından götürülərək ərazidən kənarlaşdırılıb.
  Qeyd edək ki, bu kimi reydlərin rayon ərazisində mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.

Əbdülqəni Hüseynov

   
  




Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar