Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Rəşad Mahmudov: deputatlığa namizədlər arasında gənclər də var

Baxılıb: 602     Tarix: 17-07-2024 12:43   

“Düşünürəm ki, verilən qərarlarda, xüsusən bəlli insanlar arasında yaşlı namizədlərin görünməsi çox uğurlu addımdır”.
Qanunvehedef.az xəbər verir ki, bu fikirləri YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov jurnalistlərə açıqlamasında deyib.
“Hər zaman olduğu kimi yeni, gənc namizədləri görürük. Bununla yanaşı, Yeni Azərbaycan Partiyasının tarixində ciddi fəaliyyət göstərmiş və bu gün Azərbaycan cəmiyyətində özünəxas yeri olan, uzun illər Milli Məclisdə də deputat olmuş insanların yenidən namizədliyini verməsi çox doğru qərardır.
Dünya təcrübəsi də göstərir ki, hər zaman bu, birmənalı olaraq parlament və dövlətçilik həyatında çox önəmli məqamlarda fayda verir. Mən düşünürəm ki, verilən qərarlar arasında xüsusən bəlli insanlar arasında yaşlı namizədlərin görünməsi çox uğurlu bir addımdır”, - deyə o bildirib.

 Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar