Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

DİN: "Müharibə qalıqları olan döyüş silahları könüllü təhvil verilməlidir"

Baxılıb: 865     Tarix: 15-08-2024 12:46   

"Hələ də bəzi şəxslərdə qanunsuz saxlanılan odlu döyüş silahları, sursatlar var. Müharibə qalıqlarıdır. Kimdə varsa, könüllü təhvil verilməlidir".
Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda deyilir.
Qeyd olunub ki, polis əməkdaşlarına dünən avqustun 14-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında iki avtomat silahı, bir tapança, iki tüfəng, iki patron darağı və 54 ədəd müxtəlif çaplı sursat könüllü təhvil verilib.
"O silahları təhvil verənlər ilk növbədə özünü və ailəsini məhrumiyyətlərdən xilas edirlər. Bilirlər ki, əməliyyat tədbirləri ilə tutulsalar, cinayət məsuliyyətinə cəlb olunacaqlar. Silah təhlükə mənbəyidir, geci-tezi var, o silahı gizlədən şəxs onu bir gün çıxaracaq. Bu sirr deyil ki, əsəb gələndə, sərxoş olduqda insanın ağlı gedir, affekt halı yaranır, yaxud şəxsiyyət ikiləşir. Heç kim deyə bilməz ki, əsəbiləşən, sərxoşluq halında olan biri o silahdan istifadə etməyəcək.
Ona görə də bir daha çağırış edirik, o silahlardan kimdə varsa, könüllü təhvil versin. Bu halda məsuliyyət yaranmır, Bununla bağlı zəmanət veririk, diqqətə çatdırırıq ki, cinayət aləti olmayan silahları könüllü təhvil verən şəxslərlə bağlı indiyə qədər hər hansı tədbir görülməyib və görülməyəcək", - deyə məlumatda vurğulanıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking