Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycan hərbiciləri Qazaxıstanda gücünü göstərəcək - Video

Baxılıb: 856     Tarix: 10-09-2024 12:48   

Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda sentyabrın 10-da "Sonsuz qardaşlıq - III" çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təliminin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə keçirilən təlimə İordaniya və Qırğızıstan müşahidəçi qismində dəvət olunub:
"Təlimlərin keçirilməsində məqsəd idarəetmə orqanlarının və bölmələrin fəaliyyətində operativ uzlaşmanın təmin olunması, şəxsi heyətin praktiki vərdişlərinin artırılması, qarşılıqlı təcrübə mübadiləsi və peşə vərdişlərinin təkmilləşdirilməsidir. Plana uyğun olaraq xüsusi təyinatlı bölmələrlə taktika, atəş, dağ-paraşüt, snayper hazırlığı üzrə məşqlər keçiriləcək."
Məlumata görə, təlimin yekununda xüsusi təyinatlı bölmələr yaşayış məntəqəsində qeyri-qanuni silahlı dəstənin aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim-döyüş əməliyyatı tapşırıqlarını yerinə yetirəcəklər. Bildirilib ki, zirehli texnika, ordu aviasiyası və PUA-ların cəlb edildiyi “Sonsuz qardaşlıq-III” çoxmillətli birgə təlimində 6 ölkənin 300-dək xüsusi təyinatlı hərbi qulluqçusu iştirak edir.



Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win blackhat skill google seo ranking