Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

DSX rəhbərl Elçin Quliyev müşavirə keçirdi, tapşırıqlar verdi - Foto

Baxılıb: 854     Tarix: 29-10-2024 15:15   

Oktyabr ayının 28-də Dövlət Sərhəd Xidmətinin rəhbərliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyası - COP29 beynəlxalq konfransı çərçivəsində sərhəd nəzarətinin təşkili, eləcə də görülən işlərlə tanış olmaq və hazırlıq səviyyəsinə baxış keçirmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti Komandanlığında xidməti müşavirə keçirilib.
Bu barədə DSX-nin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, beynəlxalq tədbirlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqlar Sərhəd Nəzarəti Komandanlığının şəxsi heyətinə çatdırılıb.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev tərəfindən texniki tərəqqinin tətbiqi, təhlükəsizlik tədbirlərinin effektivliyi, xarici qonaqların sənədlərinin operativ yoxlanışı, pasport nəzarətindən sürətli keçidin təmin edilməsi üçün xüsusi texniki təchizat və nəzarət avadanlıqlarına baxış keçirilib.
Xidməti müşavirədə görülən işlərə dair məruzələr dinlənildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəhbərliyi ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Sərhəd Nəzarəti Komandanlığının üzərinə düşən vəzifələrin yüksək səviyyədə
icrası üzrə zəruri tövsiyə və tapşırıqlarını verilib.



Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar