Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Xəzər RİH başçısı Elşən Salahov Qala qəsəbə sakinlərlə növbəti səyyar qəbul keçirib.

Baxılıb: 1 945     Tarix: 30-10-2024 14:54   

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun Qala qəsəbəsində yaşayan sakinlərlə növbəti səyyar qəbulu keçirilib.
29 oktyabr  2024-cü il tarixində Qala qəsəbəsi, 185  nömrəli tam orta məktəbdə keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Qala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Qala bələdiyyəsinin sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
    Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov ölkəmizin bütün bölgələrində, o cümlədən, Xəzər rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rəhbərliyi ilə bütün sahələrdə əldə olunmuş nailiyyətlərdən, görülmüş abadlıq-quruculuq işlərindən danışmış və bütün bunların vətəndaşlarımızın layiqli və rahat həyat şəraitinin təmin olunması istiqamətində ölkə rəhbərliyinin müəyyən etdiyi əsas hədəflərdən biri olduğunu qeyd edib.
    Sonra Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov səyyar görüşdə iştirak edən sakinlərin müraciətlərini dinləyib.
    Sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Qəni Hüseynov

   Qanunvehedef.az  шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar