Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Əli Əsədovun velosiped və skuterlərlə bağlı yeni - Qərar

Baxılıb: 903     Tarix: 01-11-2024 11:10   

“Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilib.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Nazirlər Kabinetinin yaydığı məlumata görə, bu Qərar yerli istehsalçıdan daxil olan müraciətlər nəzərə alınmaqla, velosiped və skuterin ölkə ərazisində sənaye yığımının təşviq edilməsi və dəstəklənməsi üçün idxal olunan velosiped və skuter ehtiyat hissələrinin idxal gömrük rüsumlarının optimallaşdırılması məqsədilə hazırlanıb.
İndiyə qədər qüvvədə olan qaydaya görə, velosiped və skuter ehtiyat hissələrinin idxalı üzrə əsasən 5 % və 15 % rüsum dərəcəsində advalor gömrük rüsumu (bir ehtiyat hissəsi üzrə isə spesifik gömrük rüsumu) müəyyən olunub.
Yeni qərara əsasən, 2028-ci ilin sonuna qədər həmin ehtiyat hissələrinin sənaye (yığım) müəssisəsində sənaye yığımı məqsədilə idxalı üzrə gömrük rüsumu ləğv edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



buy yes2win seo ranking