Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Xəzər rayonunda Vətən Müharibəsi şəhidləri Orucov Nicat Niyadxan oğlunun və Bayramov Ramin Hüseynağa oğlunun anım günü qeyd edilib

Baxılıb: 1 960     Tarix: 01-11-2024 12:02   

Ölkə başçısının tapşırıqlarına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi Xəzər rayonunda da torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən döyüşlər zamanı qəhərmancasına şəhid olmuş şəxslərin ailələrinə diqqət və qayğı göstərilir.
29-31 oktyabr  2024-cü il tarixlərində Vətən Müharibəsi şəhidiləri Orucov Nicat Niyadxan oğlunun və Bayramov Ramin Hüseynağa oğlunun anım günü qeyd edilib.  
   Mərasimlərdə Xəzər RİH başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısı Aparatının şöbə müdiri, Buzovna qəsəbə nümayəndəsi və bələdiyyə sədri iştirak edib.
   Görüş zamanı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı qeyd olunaraq, yüksək döyüş qabiliyyəti nümayiş etdirərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı qeyd edilib.  Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qəni Hüseynov





Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar