Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

İRR -Akademiyadan Zəfər bayramı təbriki!

Baxılıb: 842     Tarix: 08-11-2024 00:03   
  
Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artiq zəfər, qələbə ayı kimi qalacaqdır. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. İRR-Akademiyasının kollektivi Vətən müharibəsində əldə edilən Şanlı Qələbənin dördüncü ildönümü münasibətilə Azərbaycanın Zəfər bayramını, Qarabağ torpaqlarının azadlığa qovuşmasını müjdələyən bu şanlı günü ürəkdən təbrik edir, Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir.
Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq, Qələbə zirvəsinə ucalmışıq. Qalib xalq kimi birliyimizi və Müstəqil Azərbaycanı qorumaq bizim müqəddəs borcumuzdur! Uca tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar