Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC COP29-da gücləndirilmiş rejimdə çalışacaq

Baxılıb: 324     Tarix: 08-11-2024 10:39   

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC COP29 tədbir günlərində şəhərətrafı və ölkədaxili qatarların hərəkət cədvəlində müvafiq dəyişikliklər edib.
Qanunvehedef.az xəbər verir ki, qatarlar 11 noyabr tarixindən etibarən 16 sentyabrda elan edilmiş qrafik üzrə hərəkətdə olacaq. Sürət qatarları 8, 9, 10, 17 və 24 noyabr tarixlərində qeyri-iş günlərinin cədvəlinə uyğun hərəkət edəcək.
11, 12, 13, 16 və 23 noyabr tarixlərində isə Bakı-Sumqayıt-Bakı marşrutu üzrə qatarlar iş günlərinin cədvəlinə uyğun fəaliyyət göstərəcək.
Ölkədaxili marşrutlara gəlincə, Bakıdan Qəbələyə 16 və 23 noyabr tarixlərinə planlaşdırılan reyslər ləğv edilərək əvəzinə Bakıdan 17 və 24 noyabr tarixlərinə təyin edilir. Belə ki, qatarlar həmin tarixlərdə hər iki istiqamətdə hərəkətdə olacaq.
Bakı-Ağstafa-Bakı istiqamətində isə 8, 9 və 10 noyabr tarixlərində həm paytaxtdan, həm də Ağstafadan əlavə reyslər təyin edilir. Həmin tarixlərdə Bakıdan saat 09:15-də yola düşən qatar Ağstafaya 15:40-də, Ağstafadan saat 17:00-da yola düşən qatar isə Bakıya 23:38-də çatacaq.
Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar