Xəbər lenti
20/11/2024 [13:08]
Sabah hava necə olacaq?
20/11/2024 [10:31]
Serj Vilmes Bakıdadır
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

ŞİKAYƏTÇİNİN HAQQI NİYƏ ÖDƏNİLMİR ?

Baxılıb: 749     Tarix: 18-11-2024 14:37   
 
Şirvan şəhərindən İlk EKSTRASENS TELMAN Atamoğlan oğlu Atamalıyevin kommunal xəttlərinin bərpası ilə əlaqədar tələbinə hələ də baxan yoxdur. Onun vəziyyəti Afrika cəngəlliklərində yaşayan, qazı, suyu, işiğı və kanalizasiya xəttləri olmayan insanların vəziyyətinə bənzəyir. Qarşıdan soyuq qış gəlir, amma bu insanın məişət problemləri bu gün də həll edilməmişlər. Bəlkə vicdanı oyanan məmurlar nəhayət, Telman Atamalıyevin qanuni tələblərini və hüquqlarını təmin edəcəklər.
İnsanlıq qanunları tələb edir ki, insanın normal yaşamaq hüququnu pozmaq olmaz. Ölkəmizdə hazırda COP-29 kimi beynəlxalq tədbir keçirilir. Dünyanın hər yerindən gələn qonaqlar insanlıq qanunlarını rəhbər tutaraq hamının normal yaşamaq hüququnu təsdiq edirlər. Bəs necə olur ki, Azərbaycanın öz vətəndaşı kommunal xəttlər olmadan əzab çəkməkdədir? Rüşvətxor məmurlar haqlı şikayəti niyə yerinə yetirmirlər? Axı insan və onu həyatı hər şeydən qiymətlidir. Biz ölkə Prezidentinə və Vitse-Prezident Mehriban xanıma müraciət edərək Telman Atamalıyevə köməklik göstərilməsini xahiş edirik. Qazı, suyu, işığı olmadan insan necə yaşaya bilər?  Yerli məmurlar və rəhbər orqanlar vətəndaşlara  fiziki və mənəvi terrorlar  tətbiq etməkdə  davam edirlər. Dəfələrlə kütləvi informasiya vasitələrində izahı olaraq, tarixləri və nömrələri dərc olunmuş 2002-ci ildən UNESKO-nun himayəsinə təqdim edilmiş T.Atamalıyevin mərhum anası Həzrəti Sonabəyim xanımın EV MUZEYİ VƏ AÇIQ HAVA MUZEYİ VƏ TARİXİ ABİDƏLƏRİnin tərkib hissələrindən olan Şirvan şəhər 1 May küçəsi   (Nizami küçəsinə bitişik)  ev 1 ünvanında olan Ekologiya Nazirliyinin arayışında göstərilən (39o 56`24”, 48o 55`01” kordinatlarında) yerləşən Muzey və Tarixi Abidələrin ehtiyacları yerinə yetirilmir. Yaxalarını qurtarmaq üçün yerli rəhbər orqanlar özlərindən uydurmalar yaradır. Müvafiq məhkəmələri və aidiyyəti Dövlət Orqanlarını özlərinin xəyallarına razılaşmağa çalışırlar.
Güman edirik ki, Respublikamızda keçirilən mötəbər tədbir ərəfəsində T.Atamalıyevın ehtiyacları, qanuni tələb və hüquqlarından məhrum edilməyinə son qoyulacaq, onun istək və ehtiyacları təmin olunacaqdır.

İlqar Xələfovшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar