Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bakıya gətirilən yaralıların vəziyyəti açıqlandı

Baxılıb: 815     Tarix: 27-12-2024 11:12   

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan sərnişinlər ötən gün Bakıya gətirilib və “Yeni Klinika”ya yerləşdiriliblər.
“Yeni Klinika”nın mətbuat katibi Nuridə Allahyarovaya “Qafqazinfo”ya bildirib ki, xəstəxanaya ümumilikdə 14 nəfər daxil olub.
“Onlardan biri müalicəsini reanimasiya şəraitində davam etdirir. Vəziyyəti stabil-ağır olaraq dəyərləndirilir. Digər 13 nəfərin vəziyyəti orta ağır və kafi olaraq dəyərləndirilir”, - N.Allahyarova qeyd edib.
Onun sözlərinə görə, digər 13 nəfərin vəziyyəti orta-ağır və qənaətbəxş dəyərləndirilir. Müalicələri stasionar şəraitdə davam etdirilir.
Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysi ilən uçan “Embraer 190” təyyarəsi dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəza enişi edib. “Euranews”un yaydığı məlumata görə, hadisəyə səbəb təyyarənin Rusiyaya məxsus hava hücumundan müdafiə sistemləri ilə vurulması olub.
Təyyarədə 5 ekipaj üzvü də daxil olmaqla, ümumilikdə 67 nəfər olub. Onlardan 37-ci Azərbaycan vətəndaşıdır. Son məlumata əsasən, Azərbaycan vətəndaşlarından 26-sı qəzada həlak olub.

Qanunvehedef.azшаблоны для dle 11.2