Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Baş DYP-dən sürücülərə müraciət

Baxılıb: 927     Tarix: 07-02-2025 15:25   

 DİN-in Baş DYP İdarəsi əlverişsiz hava ilə bağlı sürücülərə müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, DYP xəbərdarlığında əlverişsiz hava şərtlərinin yol hərəkəti təhlükəsizliyinə təsirini, o cümlədən gecə və səhər saatlarında küləktutan, eləcə də dağlıq ərazilərdə yolların buz bağlama ehtimalını, bununla yanaşı həftə sonu magistral yollarında hərəkət intensivliyinin artacağını nəzərə almağı məsləhət görüb.
Xüsusilə səfərə çıxan sürücülərə daha diqqətli olmaq, sürət həddini meteoroloji şəraitə uyğun seçmək, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər istifadə etməmək, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək tövsiyə edilib.
“Əlverişsiz hava şəraitinin piyadaların hərəkətində də çətinliklər yaratdığını nəzərə alaraq, onlardan yol hərəkəti qaydalarına ciddi riayət etmələri, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinmələri xahiş olunur”, - xəbərdarlıqda qeyd olunub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar