Xəbər lenti
20/10/2025 [11:10]
Mərakeşdən tarixi uğur
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

BDYPİ sürücülərə xəbərdarlıq edib

Baxılıb: 1 055     Tarix: 17-02-2025 13:21   

"Məcburi dayanma zamanı zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi daha ağır nəticələrə səbəb ola bilər".
Qanunvehedef.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, nəqliyyat vasitəsi sıradan çıxdıqda və ya dayanmanın qadağan edildiyi yerdə məcburi dayandıqda, habelə sutkanın qaranlıq vaxtı yolun işıqlandırılmayan sahəsində, yaxud məhdudiyyətli görünmə şəraitində dayandıqda digər hərəkət iştirakçılarını vaxtında xəbərdar etmək üçün qanunla nəzərdə tutulan təhlükəsizlik tədbirləri görülməlidir:
"İlk növbədə qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalıdır. Qəza dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu vaxtında görə bilsin. Hərəkət intensiv olduqda qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər".

Qanunvehedef.azшаблоны для dle 11.2



Buy yes2win pbn google seo ranking . VBet