Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Cinayət işi: təbiətə 628 min manatlıq ziyan vuruldu

Baxılıb: 844     Tarix: 27-02-2025 12:29   

İmişli və Abşeronda zəbt edilən müxtəlif növ hasilat işləri ilə bağlı cinayət işi başlanıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli və Abşeron rayonları ərazisində vəzifədən sui-istifadə etməklə yerin təkinin istifadə qaydalarının pozulması, qanunsuz hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurulmaqla gizli olaraq talanması və torpaq sahəsinin qanunsuz zəbt edilməsi faktları ilə bağlı araşdırma aparılıb.
Araşdırmalarla İmişli rayonu ərazisində yerləşən “İmişli” qum-çınqıl yatağında Azqum MMC, Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində yerləşən “Güzdək” əhəngdaşı yatağında Rövşən Feyziyev və Anar Xəlilova məxsus karxananın vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətindən sui-istifadə etməklə torpaq sahələri zəbt edərək qanunsuz hasilat işlərinin aparılması, həmçinin Abşeron rayonunun Pirəkəşkül kəndinin ərazisində qeyri-aşkar şəraitdə qanunsuz olaraq hasil edilmiş qarışıq süxur kütləsinin külli miqdarda ziyan vurmaqla gizli olaraq talanması nəticəsində təbiətə 628 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
Həmin faktlara görə Cinayət Məcəlləsinin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq), 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1, 255.2 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə müvafiq cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Baş Prokurorluğun İstintaq idarəsinə və daxili işlər orqanına göndərilib

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar