Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Bakı Bəyannaməsində nələr var?

Baxılıb: 1 004     Tarix: 28-02-2025 12:43   

“Asiya Parlament Assambleyasının platformasından istifadə edərək etnik təmizləməyə məruz qalaraq zorla Ermənistandakı öz tarixi torpaqlarından qovulan təxminən 300 min azərbaycanlı qaçqın barədə məsələni qaldırdıq. İndiyə qədər APA-nın müxtəlif komitə iclaslarında, İcraedici Şura və Plenar sessiyada səsləndirdiyimiz bu vacib məsələ APA-nın 20 fevral 2025-ci ildə qəbul etdiyi Bakı Bəyannaməsində əksini tapdı”. 
Qanunvehedef.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında APA-da Azərbaycan nümayəndə heyətinin sədri Rizvan Nəbiyev bildirib.
“Asiya Parlament Assambleyası Ermənistandan qovulmuş azərbaycanlıların ata-baba yurdlarına qayıtmalarının təmin olunması məqsədilə səylərin səfərbər edilməsi üçün çağırış etdi. Bu, Milli Məclisin, onun rəhbərliyinin uğuru hesab edilə bilər. Çünki Ermənistandakı tarixi yaşayış məskənlərinə geri qayıdış Azərbaycan Prezidentinin prinsipial mövqeyinin mühüm tərkib hissəsidir.
Bakı Bəyannaməsində qeyd edilib ki, “Biz-Asiya Parlament Assambleyasında təmsil olunan parlamentlərin üzvləri, Qərbi Azərbaycan İcmasının, beynəlxalq insan hüquqlarına dair müxtəlif sənədlərdə təsbit edildiyi kimi, Ermənistandakı öz əcdadlarının evlərinə qayıdışı üçün dialoqa başlamaqla bağlı dəfələrlə etdikləri müraciətləri qəbul edir və bu qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmini üçün bütün səyləri səfərbər edirik”, - deyə deputat bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar