Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda orta aylıq əmək haqqı artdı

Baxılıb: 977     Tarix: 14-03-2025 16:06   

Bu ilin yanvar ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 12,8% artaraq 1 063 manat təşkil edib.
Qanunvehedef.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il fevralın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,7%-i təhsil, 13,7%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i maliyyə və sığorta fəaliyyəti, 15%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar