Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Aprel şəhidi Kamran Şirəliyevin əziz xatirəsi yad olunub

Baxılıb: 1 383     Tarix: 07-04-2025 12:15   

  Xəzər Rayon İcra Hakimiyyəti, YAP Xəzər rayon təşkilatı və rayon ictimaiyyətinin iştirakı ilə Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış Mərdəkan qəsəbə sakini Şirəliyev Kamran Faiq oğlunun ailəsini ziyarət etmişdir. Ziyarət zamanı şəhidin ailə üzvlərinə başsağlığı verilmiş,  döyüş zamanı böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksələn Kamran Şirəliyevin xatirəsi yad edilmişdir.
     Görüşdə həmçinin, 2016-cı ilin Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, igid Azərbaycan əsgərinin döyüşlərdə göstərdiyi şücaətdən, bir sıra vacib yüksəkliklərin və yaşayış məntəqəsinin azad edilməsindən, qazanılan tarixi qələbədən danışılıb. Bildirilib ki, şəhidlərimizin qisası yerdə qalmayıb. 44 günlük Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmənə ağır zərbələr endirilib və müharibə ordumuzun böyük qələbəsi ilə başa çatıb.
    Şəhidin valideyinləri şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
   
Allah rəhmət eləsin!
   
 Qəni Hüseynov

   

  
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar