EKSTRASENS TELMAN ATAMALIYEVİN PROBLEMİNİ HƏLL EDƏN TAPILACAQMI
Baxılıb: 483 Tarix: 18-04-2025 12:31

Bəzən adi bir diqqətsizlik, biganə, soyuq münasibət sonradan böyük problemə çevrilir, həlli müşkülə düşür və insan üçün narahatlıq yaradır. Məmur diqqətsizliyi, şikayətin araşdırılmaması vətəndaş üçün arzuolunmaz hal alır. Şirvan şəhər sakini Telman Atamoğlan oğlunun problemi də həll olunmaz vəziyyətə düşmüşdür. Şirvan şəhərindən ilk ekstrasens olan bu adamın əslində sadə bir həyat yaşamı var. Amma nə edəsən ki, çətin bir şəraitdə, mənzilsiz, qazı, suyu, işığı olmadan yaşamağa məhkum edilmişdir. Əgər buna yaşamaq demək mümkünsə? 2002-ci ildən YUNESKO-nun himayəsinə təqdim edilmiş mərhum anasının – Həzrəti Sonabəyim xanımın – ev müzeyi və aşıq havada müzeyi və tarixi abidələrinin ehtiyacları təmin edilmir. Probleminin həll edilməsi üçün T.Atamalıyevin döymədiyi qapı, müraciət etmədiyi təşkilat qalmamışdır, amma nə şikayətə baxan var, nə də onunla maraqlanan. Dəfələrlə məhkəmələr tərəfindən müsbət qərarlar çıxsa da, icra edən yoxdur. İmkansız ehtiyac içində çabalayan T.Atamalıyevə Allah xətrinə kömək edən də yoxdur. Biz hələ insanlıq dəyərlərini demirik. Ata evi uçulub, dağılmış, normal kanalizasiya xidmətindən də kənardır. Evin qazını, işığını, suyunu və kanalizasiyasını da kəsiblər. Bu bicarə qalıb naəlac vəziyyətdə. 1980-ci ildən (və 12 aprel 1996-cı ildən 58 nömrəli qərarla) mənzil növbəsində olmasına baxmayaraq yerli İcra Hakimiyyəti boş vədlərlə başından edir. Ev-eşik olmamasına görə özünə ailə həyatı da qura bilməmişdir. Qışın soyuğu, yayın istisində biaban bir həyat yaşayan T.Atamalıyevin problemlərinə görən nə vaxt çarə tapılacaqdır! Doğurdan da, insanlar bir-birinə bu qədər yad və soyuq münasibət göstərirlər? Yeni texnologiya, kəşflər, ixtiralar dövründə yaşayırıq, amma bir məzlumun harayına yetən yoxdur. İnsanlıq göstərərək ona yaşamaq üçün bir otaqlı mənzil vermək, doğurdanmı çətindir? Axı, bir insanın üzünü güldürmək, onu sevindirmək Allaha da xoş gedər. Gəlin mənəvi dəyərlərimizi unutmayaq, imkansıza, köməksiz qalana, yaşamaq üçün evi olmayana əl tutaq. Azərbaycan Respublikası on bir xarici ölkələrə enerji ixrac etdiyi fəxirlə deyilsə də, Telmanın dəvət edildiyi idarə, müəsisə, təşkilatlarda, məktəbləri təmanasız müalicə seansları keçirtdiyinə görə ziyalılar cəmiyyəti, təhsil şöbəsinin təşəkkürü, medianın milli şərəf diplomu ilə təltif edildiyi barədə kütləvi informasiya vasitələrində dəfələrlə yayıldığına baxmayaraq, insan və insan kimi yaşamaq və Konstitusiya hüquqları təmin edilməməkdədir və Beynəxalq konversiyalar məmurlar tərəfindən pozulmaqda davam edir.T.Atamalıyev axı elə böyük bir şey istəmir. savadlı və düşüncəli adamdır, hər şeyin qaniun çərçivəsində həll olunmasını istəyir. Sadəcə onun problemlərinə yanaşmaq, diqqət göstərmək və həllinə kömək etmək lazımdır. Bunu bizdən insanlıq qanunları tələb edir. Məmurlarımıza da Allah insaf və mərhəmət versin ki, başqalarının dərd-sərini, ehtiyacını duya bilsinlər.
R.Həşimov
Ən çox oxunanlar
Son xəbərlər