Polis zabiti icra məmuru rolunda
Baxılıb: 773 Tarix: 21-05-2025 16:24

Masallı rayonunda doğulmuş, hazırda Sumqayıt şəhəri 12-ci mkr., ev 4, mənzil 55 ünvanda yaşayan, 1947-ci il təvəllüdlü Şahbazova Xalidə Kazım qızının nümayəndəsi Rzayeva Nailə Kamil qızı “Qanun və Hədəf” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirib ki, təmsil etdiyi və birgə yaşadığı 78 yaşlı anası yataq xəstəsidir, görmə və yerimə qabiliyyətindən məhrumdur.
Qeyd edir ki, bu ilin aprel ayının 25-də özünü vəkil kimi təqdim edən Səlimov Elvin İlham oğlu göstərilən ünvandakı mənzili Sumqayıt şəhər sakini Əhmədov Azad Yusif oğluA 110000 (bir yüz on min) manata satmışdır. Həmin mənzil məhkəmənin icra vərəqəsində borclu Şahbazova Xalidə Kazım qızı tərəfindən 70000 (yetmiş min) manat pulun FİNOKO BOKT-a ödənilməsi qanuni qüvvəyə minmişdir. Əhmədov Azad Yusif oğlu mənzilin 110000 manat pulunu Elvinə vermiş, Elvin həmin puldan 70000 manat əvəzinə 85000 manat pulu FİNOKO BOKT-a borcu ödəmişdir. Arada qalan fərqi Səlimov Elvin İlham oğlu özünə götürmüşdür. Həmin puldan 1 manat da olsaanama verməmişdir. Hal-hazırda mənzili alan Əhmədov Azad Yusif oğlu Sumqayıt şəhər 1-ci Polis Bölməsinin rəis müavini Şahbaz müəllimlə əlaqəyə girib bizi mənzildən çıxmağa məcbur edir. Bölmənin rəis müavini polis əməkdaşını mübahisəli ünvana göndərmişdir. Bundan sonra iki dəfə məni iş otağına çağırıb yazılmayan qanunlarla hədə-qorxu gəlir. Hətta sonuncu xəbərdarlığı 21.05.2025-ci il tarixdən ünvanda göstərilən mənzili tərk etməsi tələbidir. 1-ci Polis Bölməsinin rəis müavininin təzyiqinə görə anamın vəziyyəti çox pisdir. Buna baxmayaraq, rəis müavini Şahbaz müəllim təzyiqi davam etdirməkdədir. Odur ki, məsələnin mediada ictimailəşdirilıməsini xahiş edir. Ümid edir ki, bundan sonra əlaqədar qurumlar “vəkil” Elvin Səlimov barədə tədbir görər, 1-ci PB rəis müavininin onlara təzyiq göstərməsinin səbəbini araşdırar.
Əli Paşayev

Ən çox oxunanlar
Son xəbərlər