Xəbər lenti
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Dövlət Arxivi - Suverenliyini bərpa etmiş müstəqil Azərbaycanın tarixini əks etdirən əsas mənbədir

Baxılıb: 848     Tarix: 22-05-2025 11:45   
 
Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.
Dövlətin suverenliyi, bir xalqın özünüidarəetmə, daxili və xarici siyasətində müstəqil qərar vermək hüququnu ifadə edən mühüm anlayışdır. Azərbaycanın Dövlət Suverenliyi Günü isə bu anlayışın ən mühüm rəmzi günlərindən biri kimi ölkənin tarixində əhəmiyyətli siyasi dönüş nöqtələrindən birini təşkil edir.
Azərbaycan 1990-cı illərin əvvəllərində, Sovet İttifaqının dağılmasından sonra öz müstəqilliyini bərpa etmək üçün mühüm addımlar atdı. Bununla yanaşı, Azərbaycan xalqının suverenlik arzusu və müstəqilliyə olan iradəsi, 1918-ci ildə qurulmuş və cəmi iki il davam edən Azərbaycan Xalq Cümhuriyyətindən irəli gələn ənənələrə söykənirdi. Cümhuriyyətin süqutundan sonra 70 ilə yaxın Sovet İttifaqının tərkibində olan Azərbaycan xalqı öz müstəqillik arzularını daim ürəyində yaşatmışdı.
1991-ci il oktyabrın 18-də qəbul edilən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı ilə Azərbaycan rəsmən müstəqil dövlət statusunu bərpa etdi.
Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlanıb. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapıb. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub.
Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıyır. Bu qərar, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır.
Tariximizin, o sıradan müstəqillik tariximizin, suverenlik tariximizin arxivləşdirilməsi işinin təşkili də böyük əhəmiyyət kəsb edir. Ümummilli lioder Heydər Əliyev detyirdi: “Arxiv işlərinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir.
Müstəqillik dövründə qəbul olunmuş ”Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası  Qanunu ölkəmizdə arxiv quruculuğunun gələcək strategiyasının müəyyənləşdirdi, Milli arxiv fondunun formalaşdırılması, mühafizəsi, istifadəsi və dövlət arxiv təşkilatlarının fəaliyyəti ilə bağlı münasibətlərin tənzimlənməsində böyük rol oynadı. Qanunda arxiv işi sahəsində dövlətin vəzifələri, arxiv işinin təşkilinin vahid prinsipləri, arxiv fondu sənədlərinin tərkibi, onların komplektləşdirilməsi, uçotu, mühafizəsi və istifadəsi, bu sahə ilə bağlı mülkiyyət formalarının tənzimlənməsi, arxivlərin qorunması və inkişafına təminat, arxiv sənədlərinin xaricə müvəqqəti aparılması və xarici ölkələrin arxivlərində saxlanılan xalqımızın tarixi ilə bağlı sənədlərin surətlərinin ölkəmizə gətirilməsi, arxivçi kadrların hazırlanması kimi vacib məsələlər təsbit olunmuşdur.

Nahid Etibar oğlu İsayev, Saatlı rayon Dövlət Arxiv İdarəsinin müdiriшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar