Xəbər lenti
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Şirkət rəhbərinin Azərbaycandan çıxışına qadağa qoyuldu

Baxılıb: 817     Tarix: 27-05-2025 10:35   

Xesatop LL MMC-nin rəhbərinin ölkədən çıxışına qadağa qoyulub.
Qanunvehedef.az Valyuta.az-a istinadla xəbər verir ki, Gəncə Kommersiya Məhkəməsinin hakimi Gülnaz Quliyeva bu barədə qətnamə çıxarıb.
Sənəddən məlum olur ki, şirkətin dövlətin büdcəsinə 34 079,19 manat borcu var. Borc ödənilmədiyinə görə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyulmasını istəyib.
Məhkəmə idarənin ərizəsini təmin edib.
Xesatop LL MMC 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi İlahim İsmayıl oğlu Musayevdir.

Qanunvehedef.az



{sape_links}{sape_article}