Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Nazirlikdən deputatların çoxuşaqlı ailə təklifinə münasibət

Baxılıb: 637     Tarix: 10-06-2025 13:18   

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflərə münasibətini açıqlayıb.
Qanunvehedef.az xəbər verir ki, nazirlikdən APA-ya açıqlamada qanunvericiliyə əsasən beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, hər uşağa görə 105 manat məbləğində sosial müavinət təyin edildiyini və uşağın 18 yaşı tamam olan ayın sonunadək ödənildiyi bildirilib.
Qeyd edilib ki, hazırda respublika üzrə 3 minə yaxın qadına 12,7 minə yaxın uşağa görə bu müavinət növü ödənilir:
“Qeyd olunan müavinətin təyin olunması şərtlərinə dəyişiklik edilməsi ilə bağlı hər hansı layihə hazırlanmır”.
Xatırladaq ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və bir sıra deputatlar çoxuşaqlı ailə anlayışının 5 uşaqdan 3 uşağa endirilməsi ilə bağlı təkliflə çıxış ediblər. Musa Quliyev komitə iclasında qeyd etmişdi ki, aidiyyəti orqanla çoxuşaqlı ailə modelinə yenidən baxılması məsələsi müzakirə olunur və onlar da bu məsələdə müsbət fikirdədirlər.

Qanunvehedef.az шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar