Xəbər lenti
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Daxili İşlər Nazirliyi (DİN) bu sahələr üzrə yeni təqaüd proqramı elan edir

Baxılıb: 829     Tarix: 07-07-2025 12:46   

Daxili İşlər Nazirliyi (DİN) yüksəkixtisaslı, müasir tələblərə cavab verən kadrların hazırlanması və xidmətə cəlb olunması məqsədilə yeni təqaüd proqramı elan edir.
Qanunvehedef.az xəbər verir ki, proqram çərçivəsində Nazirliyin dəstəyilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, “Product Owner” (məhsul sahibi), “Linux” əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi üzrə 200 nəfərin təlimi nəzərdə tutulur.
Təqaüd proqramına seçilən iştirakçıların 4-8 ay müddətini əhatə edəcək təlim xərclərinin 60 faizi DİN tərəfindən qarşılanacaq.
Proqram Daxili işlər orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və tədrisi uğurla başa vuran şəxslərə Nazirlikdə işə qəbul imkanı yaradacaq.
Məqsəd müasir texnologiyalar sahəsində peşəkar yerli mütəxəssislərin hazırlanması və DİN-in kadr potensialının gücləndirilməsidir.
DİN yüksək texnologiyalar sahəsində xidmətə maraqlı olan gəncləri təqaüd proqramına qoşulmağa dəvət edir.
Əlavə məlumat üçün rəsmi müraciət ünvanları:
Əlaqə: ‪+99410 333 23 24‬
‪+99410 333 23 26‬
E-mail: [email protected]
Web: www.idtech.edu.az
Qeydiyyat: https://forms.gle/p9qkMr7G95iyqAPQ6



{sape_links}{sape_article}