Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

28 vətəndaşımız Almaniyadan çıxarıldı

Baxılıb: 342     Tarix: 09-07-2025 10:47   

İyulun 8-i Azərbaycan vətəndaşı olan 28 nəfər Almaniyadan geri qəbul edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, bu, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində baş tutub.
Həmçinin qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar