Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Dövlət Yol Polisi çağırış etdi

Baxılıb: 491     Tarix: 09-07-2025 10:59   

Dövlət Yol Polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib.
Qanunvehedef.az-ın məlumatına görə, qeyd edilib ki, Bakı şəhərində DYP əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər çərçivəsində 278 skuter, moped və velosiped sürücüsü ilə izahedici söhbətlər aparılıb.
Tədbirin məqsədi bu nəqliyyat vasitələrindən istifadə edən şəxsləri yol hərəkəti qaydalarına əməl etməyə təşviq etmək, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etməkdir.
Xüsusilə vurğulanıb ki, səssiz və sürətli hərəkət bu nəqliyyat vasitələrini piyadalar üçün riskli edir. Ona görə də vətəndaşlar velosiped zolaqlarından düzgün istifadə etməli, piyada səkilərində sürməkdən çəkinilməlidir, qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrindən istifadəyə diqqətlə yanaşmalıdır.
DYP bir daha bütün yol hərəkəti iştirakçılarını məsuliyyətli olmağa, qaydalara riayət etməyə və təhlükəsizliyi ön planda tutmağa çağırır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar