Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Xəzər rayonunda davamlı olaraq abadlıq, təmizlik işləri üzrə iməciliklər keçirilir.

Baxılıb: 2 398     Tarix: 14-07-2025 13:07   

Xəzər rayonu ərazisində irimiqyaslı təmizlik və abadlıq işləri üzrə iməciliklər mütəmadi şəkildə davam etdirilir. Belə ki, rayon ərazisində mərkəzi və qəsəbədaxili yollar təmizlənir.
Görülən işlər çərçivəsində rayonun bütün qəsəbələrində magistral və məhəllədaxili yollar təmizlənir, mövcud yaşıllıqlara xüsusi diqqət göstərilir, yabanı otlar təmizlənir, parklarda yerləşən abidələr, uşaq attraksionları, və oturacaqlar yuyulur, eyni zamanda, ərazidə olan bərk məişət tullantıları daşınır, məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və onların ətrafı, yol işarələri və dayanacaqlar təmizlənir.
Rayonun qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, eyni zamanda, xüsusi-təyinatlı MKİS-lərin əməkdaşları aparılan abadlıq və təmizlik işlərinə cəlb edilmişlər.

Qəni Hüseynov



шаблоны для dle 11.2