Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Qəhrəman Polis – Cabbarov Rüfət Adil Oğlu

Baxılıb: 3 765     Tarix: 29-07-2025 14:06   
 
Azərbaycan polisi – yalnız qanunları qoruyan deyil, eyni zamanda vətəndaşın canına, malına, təhlükəsizliyinə keşik çəkən mərd oğullardır. Bu oğullardan biri – polis serjantı Cabbarov Rüfət Adil oğlu – göstərdiyi fədakarlıqla əsl qəhrəmanlıq nümunəsi sərgilədi.
Hadisə dəniz sahilində baş verib. Azyaşlı bir uşaq suda batmaq təhlükəsi ilə üz-üzə qaldığı an, anasının fəryadı ətrafı bürüdü. Ətrafdakıların çaşqınlıqla izlədiyi bu anlarda Rüfət Cabbarov düşünmədən dənizə atıldı. Onun məqsədi yalnız bir idi: körpəni xilas etmək.
Lakin təəssüf ki, dəniz amansız oldu…
Cabbarov Rüfət uşağı xilas etməyə çalışarkən, dalğalar həm onu, həm də uşağı özü ilə apardı.
O, bu addımı xidməti vəzifə olaraq yox, insani borc olaraq atdı. O, həyatını düşünmədən, bir insanın yaşaması üçün öz canını qurban verdi. Bu, sadəcə fədakarlıq deyil – insanlıq tarixində yer alacaq bir qəhrəmanlıqdır.
Xatirəsi Əbədi Yaşayacaq
Cabbarov Rüfətin bu mərd addımı bizi dərindən sarsıtdı. Amma biz bilirik ki, o, həyatını verərək bir vicdan, bir vəfa dərsi keçdi.
Allah rəhmət eləsin.
Onun adı qəlbimizdə əbədi yaşayacaq.
Azərbaycan xalqı belə igid övladlarını heç zaman unutmayacaq.

 Qəni Hüseynov




Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar