Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

500 nəfər xaricdə dövlət hesabına təhsil alaca

Baxılıb: 642     Tarix: 04-08-2025 11:35   

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na magistratura səviyyəsi üzrə qəbul nəticələri müəyyən olunub.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, müsabiqənin nəticələrinə əsasən 356 namizəd magistratura səviyyəsi üzrə proqram iştirakçısı adını qazanıb.
Beləliklə, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 nəfər bakalavriat, 356 nəfər magistratura və 19 nəfər isə doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramı çərçivəsində proqram iştirakçısı seçilən 500 nəfərdən 160 nəfəri “universitetlər üzrə top 10”da yer alan ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu siyahıda “Stanford University", “Massachusetts Institute of Technology”, “National University of Singapore”, “University of Oxford”, “University of California”, “Berkeley”, "ETH Zurich”, “University of Oxford”, “Harvard University”, “Yale University” kimi nüfuzlu ali təhsil müəssisələri yer alır.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025-2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən kimsə proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

Qanunvehedef.azшаблоны для dle 11.2



mostbet az . Buy yes2win pbn google seo ranking