Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəzər Rayonda növbəti genişmiqyaslı iməclik keçirilib

Baxılıb: 2 841     Tarix: 04-08-2025 14:25   

Avqust ayının 2-də səhər saatlarından etibarən Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib.
   Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatlar iştirak edib.
İməcilik zamanı xüsusilə çimərlik ərazilərində o cümlədən, parklar və istirahət güşələrində, prospekt və küçələrdə səki kənarlarının, bordür və işıq dirəklərinin, məhəccərlərin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançaların ətrafının təmizlənməsi işləri görülüb. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb və toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
Görülən işlərlə yanaşı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə könüllülərin iştirakı ilə Şüvəlan çimərliyinin sahilboyu ərazisində təmizlik aksiyası keçirilib.
  Qeyd edək ki, növbəti həftələrdə də genişmiqyaslı iməciliklərin keçirilməsi nəzərdə tutulub.

Qəni Hüseynov





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar