Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Müdafiə Nazirliyi minaya düşən hərbçilərimizlə bağlı məlumat yaydı

Baxılıb: 893     Tarix: 06-08-2025 12:11   

Müdafiə Nazirliyi Kəlbəcərdə hərbçilərimizin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Qanunvehedef.az xəbər verir ki, açıqlamada deyilir:
“Avqustun 5-i saat 19:05 radələrində Kəlbəcər rayonu ərazisində təminat tapşırığı yerinə yetirərkən hərbi yük avtomobili Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaya düşüb.
Baş vermiş partlayış nəticəsində xəsarət alan Azərbaycan Ordusunun dörd nəfər hərbi qulluqçusu yaxınlıqdakı tibb müəssisəsinə təxliyə edilib. Onların həyatları üçün təhlükə yoxdur.
Faktla bağlı araşdırma aparılır”.
Hadisə ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.
Qeyd olunub ki, hərbi qulluqçuların mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar