Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Valideynlərin nəzərinə!

Baxılıb: 2 700     Tarix: 06-08-2025 12:23   

2025-2026-cı tədris ili üzrə şagird yerdəyişməsi davam edir.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri Üzrə Təhsil İdarəsi məlumat yayıb.
Bildirilib ki, proses ll-lX və Xl siniflər üzrə 5 avqust tarixindən sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
X siniflər üçün isə 12 avqust saat 11:00-dan yerdəyişmə aktivləşdiriləcək.
Valideynlər bir sıra lisey və gimnaziyalar istisna olmaqla elektron sistemdə sorğu yerləşdirərək müvafiq qaydalar çərçivəsində övladlarının bir təhsil müəssisəsindən digərinə köçürülməsini təmin edə bilərlər.
Yerdəyişmə prosesində istisna təşkil edən lisey və gimnaziyalara qəbul isə imtahanla həyata keçiriləcək. Övladlarının həmin imtahanlarda iştirak etməsini istəyən valideynlər 13 avqust saat 18:00-a qədər sy.edu.az platforması üzərindən qeydiyyatdan keçə bilərlər.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Qəni Hüseynov



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar