Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Bakıdan Naxçıvana gedənlərə şad xəbər

Baxılıb: 703     Tarix: 25-08-2025 11:57   

Naxçıvan–Bakı–Naxçıvan istiqamətində gündəlik avtobus reyslərinin sayı artırılaraq 4-dən 5-ə çatdırılıb.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi məlumat yayıb.
Bu addım vətəndaşların rahat və vaxtında daşınması, həmçinin artan tələbatın qarşılanması məqsədi daşıyır.
Vətəndaşlar sözügedən istiqamət üzrə əlavə edilmiş avtobus reysləri barədə ətraflı məlumatı muxtar respublika ərazisində fəaliyyət göstərən avtovağzallardan, eləcə də onlayn şəkildə ”biletim.az” platforması vasitəsilə əldə edə bilərlər.
Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi sərnişinlərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, o cümlədən vətəndaşların ictimai nəqliyyatdan rahat və təhlükəsiz istifadə etməsi istiqamətində faliyyətini davam etdirir.

Qanunvehedef.az



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar