Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Baş Dövlət Yol Polisindən toy karvanları ilə bağlı - Müraciət

Baxılıb: 465     Tarix: 29-08-2025 09:48   

Baş Dövlət Yol Polisi İdarəsi toy karvanlarında yol hərəkəti qaydalarına riayət olunması ilə bağlı müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, müraciətdə deyilir:
“Toy insan həyatının ən sevincli və unudulmaz günlərindən biridir. Baş Dövlət Yol Polisi İdarəsi də bu münasibətlə bütün ailə quranlarq xoşbəxtlik və rifah arzulayır.
Lakin müşahidələr göstərir ki, toy karvanlarına qoşulan bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq ümumi hərəkət təhlükəsizliyinə ciddi risklər yaradırlar. Sürət həddinin aşılması, təhlükəli manevrlərin edilməsi, səs siqnallarından həddindən artıq istifadə, avtoxuliqanlıq xarakterli davranışlar və digər hərəkət iştirakçılarına maneələrin yaradılması bu qəbildəndir. Belə halların baş verməsi isə həm karvanda iştirak edənləri, həm də digər hərəkət iştirakçılarını təhlükə altında qoyur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, toy karvanlarında:
- nəqliyyat vasitələrinin sayının məhdud saxlanılması,
- yalnız bir hərəkət zolağı üzrə hərəkət edilməsi,
-  ara məsafəsinin gözlənilməsi,
- optimal sürət rejiminin seçilməsi,
- içkili halda sükan arxasına keçilməməsi toyun xoşbəxt sonluğu üçün vacib şərtlərdir.
Unutmaq olmaz ki, sevincli günün acı xatirəyə çevrilməməsi üçün hər bir sürücü məsuliyyətli davranmalı və yol hərəkəti qaydalarına ciddi riayət etməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa və qaydalara əməl etməyə çağırır”.

Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar