Xəbər lenti
02/09/2025 [14:09]
Sabah hava necə olacaq?
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hüquqşünas - hansı halda video icazəsiz çəkilə bilər?

Baxılıb: 736     Tarix: 02-09-2025 14:43   

Əlbəttə, heç kəsi izləmək, onun video, audio və ya fotoşəkilini icazəsiz çəkmək və yaymaq olmaz. Bu, əsas qaydadır. Amma istisna hallar da var. Məsələn, əgər sən özünü müdafiə edirsənsə, kimsə sənə hücum edirsə və sən də həmin anı sübut kimi videoqeydiyyata alırsansa – bu, başqa məsələdir.
Bu açıqlamasında hüquqşünas Əkrəm Həsənov gizli dinləmə və GPS izləmə cihazlarının istifadəsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda bu tip avadanlıqlar “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısı”na daxildir və sadə vətəndaşlar tərəfindən sərbəst şəkildə əldə edilə bilməz:
“Qanunun 12-ci maddəsində gizli şəkildə informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrdən bəhs olunur. Bu vasitələri əldə etmək mümkündür, amma bunun üçün müvafiq dövlət orqanından icazə almaq lazımdır. Dövlət baxır ki, kim və nə məqsədlə bu vasitəni almaq istəyir və yalnız əsaslı səbəb olduqda icazə verir. Məsələn, xüsusi mühafizə təşkilatları üçün bu, tətbiq oluna bilər. Amma sadə vətəndaş üçün bu vasitələrin satışı məhdudlaşdırılıb”.
Qeyd edək ki, hazırda internetdə dinləmə funksiyalı GPS cihazlarının açıq satışına rast gəlinir. Belə qurğuların qiyməti təxminən 75 manat təşkil edir.

Qanunvehedef.azшаблоны для dle 11.2