Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Dosdumuz Sabir müəllim ad günün mübarək!

Baxılıb: 3 018     Tarix: 22-09-2025 14:00   

 Yüzü yaşa Sabir müəllim!
Bu dünyanın üzün yazdım,
Əyrisin yox,düzün yazdım,
Milyonda bir yüzün yazdım,
Yüzü yaşa Sabir müəllim!
Qəlb oxuyan,saz calansan,
Düz yaşıyıb,düz qalansan,
"Sarı teldə" can alansan,
Yüzü yaşa Sabir müəllim!
Sən dərmisən tər bənövşə,
Kövrək olub,qəlbin incə,
Sınamısan dostu məncə,
Yüzü yaşa Sabir müəllim!
Gənclik kecib qocalırıq,
Qara saca dən salırıq,
Xatirədə biz qalırıq,
Yüzü yaşa Sabir müəllim!
Altmış nədir,nə yaşdı ki,
Aqil,müdrik bir başdı ki,
Qəni deyir yüz yaşdı ki
Yüzü yaşa Sabir müəllim!
(Cox dərin ağıla,düşüncəyə malik olan ağsaqqal tələbə yoldaşımız,dosdumuz Sabir Lətifova  ad günü münasibəti ilə)




{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar