Xəbər lenti
08/11/2026 [13:10]
Sabah leysan olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xəzər rayonunda “27 sentyabr - Anım günü” ilə əlaqədar Şəhidlərin məzarları ziyarət olunub

Baxılıb: 1 260     Tarix: 29-09-2025 09:30   

27 sentyabr-Anım gününün 5-ci ildönümünün qeyd olunması ilə bağlı respublikanın hər yerində olduğu kimi Xəzər rayonunda da Şəhidlər Xiyabanlarına ziyarətlər təşkil edilib və  ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri yad edilib.
   Tədbirlər çərçivəsində Xəzər rayonu, Buzovna və Binə qəsəbəsindəki Şəhidlər Xiyabanında Xəzər RİH başçısı Elşən Salahov, Milli Məclisin deputatı Gülşən Paşayeva, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və Aparatın şöbə müdirləri, Şəhid ailələri, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə gülqoyma mərasimi keçirilib.
    Tədbir iştirakçıları tərəfindən ilk öncə şəhid ailələri ilə görüş keçirilərək ailələrin qayğıları ilə maraqlanılıb, daha sonra Vətən övladlarının məzarlarına gül dəstələri düzülərək ruhlarına dualar oxunub.

Qəni Hüseynov





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar