Xəbər lenti
02/10/2025 [13:05]
Sabah hava necə olacaq?
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Baş Dövlət Yol Polisi İdarəsi avtomobil şinləri ilə bağlı sürücülərə çağırış etdi

Baxılıb: 618     Tarix: 02-10-2025 12:03   

Baş Dövlət Yol Polisi İdarəsi payız-qış mövsümü ilə əlaqədar sürücülərə müraciət edib.
Qanunvehedef.az xəbər verir ki, müraciətdə payız və qış fəsillərində köhnə və aşınmış şinlərin istifadəsinin ciddi təhlükə yaratdığı vurğulanıb: “Uzaq  səfərlər zamanı şinlərdəki nasazlıqlar isə daha tez üzə çıxır ki, buda  normativ tələblərin pozulmasına, hətta şinlərin partlamasına səbəb ola bilir.
Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmadıqda, şinlərin kord hissəsi çılpaqlaşdıqda, karkas təbəqələri ayrıldıqda, protektor və yan hissələrdə qopmalar və ya zədələr olduqda, yaxud eyni ox üzrə fərqli naxışlı şinlərdən istifadə edildikdə həmin nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıqlar mütləq aradan qaldırılmalıdır.
Bəzən də zahirən “yeni” görünən şinlər istifadə müddətinin bitməsi və ya düzgün saxlanılmaması səbəbindən yararsız olur ki, buda onların istifadəsi zamanı ağır fəsadlara gətirib çıxara bilər.
Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək bildirir ki, istənilən hava şəraitində yarana biləcək çətinlikləri təhlükəsiz  dəf etmək üçün sadalanan tövsiyələr daim diqqət mərkəzində saxlanılmalıdır.
Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun vəziyyətdə olması vacib şərtdir”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar