Xəbər lenti
Arxiv
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Vətəndaşlar əmək müqavilələrini “mygov” platformasında imzalaya biləcəklər

Baxılıb: 346     Tarix: 08-10-2025 11:41   

“mygov” platformasında vətəndaşların işlərini rahatlaşdıran yeni xidmət istifadəyə verilib.
Qanunvehedef.az xəbər verir ki, artıq “Əmək müqaviləsinin imzalanması” xidməti platformada əlçatandır. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Xidmət çərçivəsində işəgötürən tərəfindən göndərilmiş əmək müqavilələri istər yeni işə qəbul zamanı, istərsə də mövcud müqavilələrdə dəyişiklik olduqda vətəndaşlar tərəfindən birbaşa “mygov” platformasında imzalana biləcək.
Xidmətdən istifadə qaydası aşağıdakı kimidir:
1. Portalda “Məşğulluq” kateqoriyasından “Əmək müqaviləsinin imzalanması” xidmətinə daxil olunur;
2. İmzalanmalı müqavilə mövcuddursa, siyahıda göstərilir, əks halda bu barədə mesaj əks olunur;
3. Müqavilə seçilir və təqdim edilən məlumatlarla tanış olunur;
4. “İmzala” düyməsinə klik edilərək müqavilə SİMA İmza vasitəsilə təsdiqlənir.
Bununla yanaşı, əgər vətəndaşın yeni əmək müqaviləsi varsa, bu barədə ona “mygov” üzərindən bildiriş göndərilir və vətəndaş həmin bildirişdən birbaşa keçid edərək müqaviləni imzalaya bilir.
Yeni xidmət əməkdaşların müqavilə imzalama prosesini daha sürətli və rahat şəkildə həyata keçirməsinə şərait yaradacaq.
Qeyd edək ki, “mygov” platformasının əsas məqsədi dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq vasitəsilə vətəndaşlara zəruri dövlət xidmətlərini vahid platformadan təqdim etməkdir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar