Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

ABB kənd təsərrüfatı sektoru ilə bağlı hesabat təqdim etdi

Baxılıb: 602     Tarix: 14-10-2025 11:13   

ABB daha bir araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Hesabat “Azərbaycan Kənd Təsərrüfatı Sektoruna Ümumi Baxış: Statistik İcmal” adlanır. Burada kənd təsərrüfatının qlobal və Azərbaycan iqtisadiyyatında payı, aqrar sektordakı məşğul əhali sayı və sektorun maliyyə vəziyyəti, bu sahədə aparıcı regionlar, kənd təsərrüfatı məhsullarının istehlakı və istehsalı ilə bağlı maraqlı faktlar yer alır.
Bundan başqa, hesabatda bitkiçilik, heyvandarlıq, əkinə yararlı torpaqlar, əkin sahələri, sektorun texniki təminatı, bu sahədə beynəlxalq ticarət, kənd təsərrüfatında kreditləşmə, subsidiyalar və s. haqqında da ətraflı məlumatlarla və təhlillərlə tanış ola bilərsiniz. Hesabatda sektorun inkişaf perspektivlərinə, müasir çağırışlara da diqqət yönəlib, bir sıra təkliflər irəli sürülüb.
Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar