Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Halal adı ilə donuz ətli konservlər Azərbaycana gətirild

Baxılıb: 86120     Tarix: 03-12-2025 13:30   

Rusiya istehsalı olan və müsəlman ölkələrinə ixrac edilən bəzi konserv məhsullarında donuz ətinə aid DNT izləri aşkarlanıb. Halal olaraq təqdim edilən bu məhsulların bir qisminin Azərbaycana da gətirildiyi bildirilir.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “İnsayder” nəşri məlumat yayıb.

Məlumata görə, söhbət 500 qramlıq “Semeyniy büdjet” markası altında satılan və üzərində “Mal əti tşonka” kimi qeyd olunan konservlərdən gedir. Aparılan laborator müayinələr zamanı məhsulun tərkibində donuz ətinə aid DNT-nin olduğu müəyyən edilib ki, bu da onun halal standartlarına uyğun olmadığını göstərir.

Nəşr qeyd edir ki, konservlərin istehsalçısı Rusiya Federasiyasının Orlov vilayətində fəaliyyət göstərən “Qlavprodukt” müəssisəsidir. Qeyd edək ki, sözügedən müəssisə bu ilin yayında milliləşdirilərək Rusiyanın keçmiş kənd təsərrüfatı naziri ilə əlaqəli strukturların nəzarətinə keçib.

Bu məhsulların Rusiya ordusuna da göndərildiyi, o cümlədən Orexovo-Zuyevo şəhərində yerləşən 81521 saylı hərbi hissənin şəxsi heyəti tərəfindən istifadə edildiyi vurğulanır. Eyni zamanda konservlərin Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinə - Tacikistan, Qazaxıstan, Qırğızıstan və Azərbaycana ixrac olunduğu bildirilir.


Qəni Hüseynov





{sape_links}{sape_article}