Xəbər lenti
29/04/2026 [10:33]
Qeydiyyat bu gün bitir
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Azərbaycan nüfuzlu reytinqdə mükafata layiq görüldü

Baxılıb: 8312     Tarix: 05-12-2025 11:45   


 İnnovasiya iqtisadiyyatı üzrə araşdırma platforması olan “StartupBlink” 2025-ci il üçün “StartupBlink Startup Ecosystem Awards” reytinqinin nəticələrini açıqlayıb.

Nəticələrə əsasən, Azərbaycanın innovasiya ekosistemi Mərkəzi Asiya üzrə “Ən Böyük Qlobal İrəliləyiş” mükafatına layiq görülüb. Belə ki, Azərbaycan son reytinqdə 6 pillə irəliləyərək bu kateqoriyada Mərkəzi Asiya ölkələri arasında ən yüksək göstəriciyə nail olub.

“Ən Böyük Qlobal İrəliləyiş” mükafatı Azərbaycanın innovasiya siyasəti operatoru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) təqdim edilib.

“StartupBlink”in hesabatında qeyd edilir ki, İRİA-nın fəaliyyəti nəticəsində ölkədə innovasiya infrastrukturu və startap siyasəti əhəmiyyətli dərəcədə inkişaf edib.

Bundan əlavə, İRİA-nın innovasiya sahəsində liderliyi və dayanıqlı startap ekosistemi quruculuğu vurğulanıb.

Qeyd edək ki, “StartupBlink Startup Ecosystem Awards” hər il dərc edilən və “StartupBlink” platformasının qlobal alqoritmlərə əsaslanan innovasiya reytinqidir. Builki reytinqdə 18 ölkə arasından 40 parametr əsasında seçilmiş 22 ekosistem mükafatlara layiq görülüb.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar